Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bütün Xəbərlər
23:18 22.09.2012
1182
Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə təbrik məktubu ünvanlayıb.
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlər, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir".
Dövlət başçısı Əbdüləziz Al Səuda möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına sülh və rifah diləyib.
OXŞAR XƏBƏRLƏR