Prezident İlham Əliyev Türkiyənin Respublika günü münasibətilə həmkarına təbrik etdi
Bütün Xəbərlər
15:09 29.10.2012
938
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülü və baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Dövlət başçısı Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə prezident və baş nazirin simasında bütün Türk xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edib."Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk.Xalqlarımızın yekdil iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi və tərəfdaşlığı qardaşlıq duyğularımızı bariz şəkildə təcəssüm etdirir.İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, qardaş xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın bərqərar olmasına dair niyyətlərimizin gerçəkləşən ifadəsidir.Əminəm ki, xalqlarımız arasında dərin tarixi kökləri olan möhkəm tərəfdaşlıq münasibətləri bundan sonra da bütün birgə işlərimizdə yeni uğurlara yol açacaq.