Prezident İlham Əliyev Ukrayna xalqını təbrik etdi

Prezident İlham Əliyev Ukrayna xalqını təbrik etdi
Bütün Xəbərlər
06:20 24.08.2012
990
Prezident İlham Əliyev Ukrayna prezidenti Viktor Yanukoviçə təbrik məktubu ünvanlayıb.
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Ukrayna xalqını dövlət bayramınız - Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün dost Ukrayna dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsi, sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsi yolu ilə inamla irəliləyir, beynəlxalq birlikdə ölkənin nüfuzu artır. İnanıram ki, Azərbaycan ilə Ukrayna arasında mehriban dostluq və qarşılıqlı dəstək ənənələri, hərtərəfli əməkdaşlıq, dövlətlərarası münasibətlərimiz xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcəkdir"
OXŞAR XƏBƏRLƏR