Prezident İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik etdi
Bütün Xəbərlər
15:19 27.12.2012
840
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir:"Hörmətli cənab Baş nazir,Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, ənənəvi dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək.Fürsətdən istifadə edərək Yeni il bayramınızı təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
OXŞAR XƏBƏRLƏR