Prezident İlham Əliyevə həsr olunmuş daha bir möhtəşəm - KLİP

SİYASƏT
20:06 18.09.2013
3458

Seçki ərəfəsində dövlət başçısına həsr olunmuş növbəti gözəl mahnı və klip işıq üzü görüb.

AZXEBER.COM-un məlumatına görə, "Sən Azərbaycanlısan" adlı mahnını müğənni Zülfiyyə Xanbabayeva ifa edir. Mahnıya çəkilən klip həm texniki, həm də yaradıcı baxımlardan son dərəcə yüksək səviyyəlidir və Azərbaycanda çəkilmiş ən möhtəşəm kliplərdən biri sayıla bilər.

Qeyd edək ki, əsərin sözləri Cəlal Qurbanovun, musiqisi Gövhər Həsənzadənindir. Cəlal Qurbanov bir çox məşhur əsərlərin müəllifidir. Çox güman ki, bu da onun ən yaddaqalan əsərlərindən biri olacaq.

Mahnı qısa müddətdə çox böyük maraqla qarşılanıb, sosial şəbəkələrdə və müxtəlif saytlarda rekord sayda izlənilib. Mahnı dünən dinləyicilərin ixtiyarına verilsə də, artıq bu gündən ZəngimCellərdə trendə çevrilib.

OXŞAR XƏBƏRLƏR