Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
SİYASƏT
21:41 25.12.2025
112
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

AZXEBER.COM President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, doğum gününüz münasibətilə Sizi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin minlərlə nəfərdən ibarət kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Ədalət prinsiplərinə, sosial məsuliyyətə sadiqliyiniz və vətəndaşların rifahına göstərdiyiniz qayğı səmimi heyranlıq doğurur. Azərbaycan Respublikasının sabitliyinin, təhlükəsizliyinin və rifahının təmin edilməsi istiqamətində göstərdiyiniz səylər ölkəyə öz iqtisadi, mədəni potensialını qoruyub saxlamağa və artırmağa imkan verib ki, bu da müasir şəraitdə xüsusilə böyük əhəmiyyət kəsb edir.

Sizin elm və təhsilin inkişafına verdiyiniz töhfəni, innovativ layihələrə göstərdiyiniz dəstəyi və ənənəvi dəyərlərin qorunmasını xüsusi qeyd etmək istərdim. Bütün bunlar gələcək nəsillər üçün möhkəm təməl yaradır.

Əminəm ki, Moskva Dövlət Universiteti ilə Azərbaycanın elm və təhsil mərkəzləri arasında əməkdaşlığın gələcək inkişafı ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəkdir.

İcazə verin, Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialına göstərdiyiniz əvəzsiz dəstəyə, həmçinin ümumilikdə təhsil və elmin inkişafı məsələlərinə ayırdığınız diqqətə görə Sizə səmimi minnətdarlığımı və təşəkkürümü bildirim.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğma ölkənizin rifahı və dövlətlərimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün nəzərdə tutduğunuz bütün planların həyata keçməsində uğurlar arzulayıram".
OXŞAR XƏBƏRLƏR