Prezident İlham Əliyevin ABŞ dövlət katibinin müavini ilə görüşdü
Bütün Xəbərlər
00:56 26.01.2012
967
Davosda Azərbaycan prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşü olub.R.Hormats ABŞ prezidentinin və dövlət katibinin salamlarını Azərbaycan prezidentinə çatdırıb. Dövlət katibinin müavini Azərbaycanda gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində aparılan uğurlu islahatların Ağ evdə yüksək qiymətləndirildiyini deyib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyinin ifadə edildiyi görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.