‘Prezident İlham Əliyevin diqqəti bizi daha məhsuldar fəaliyyət göstərməyə ruhlandırır’ - Kəmaləddin Heydərov

SİYASƏT
14:43 16.12.2013
1277
Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 8-ci ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin mərkəzi aparatında Kollegiya iclası keçirilib.

İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra FHN-in 8 illik fəaliyyətinə həsr olunmuş "Təhlükəsiz həyat naminə" adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, müstəqil və qüdrətli Azərbaycanın banisi və memarı olan Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində baş verən ən müxtəlif fövqəladə hadisələrə çevik və uzaqgörən reaksiyası, çətin vəziyyətə düşən vətəndaşların daim yanında olması xalqın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə hər zaman verdiyi böyük dəyərin göstəricisi idi: "Ümummilli liderin bu dəst-xəttini bu gün böyük inam və məharətlə davam etdirən Prezident, ali baş komandan İlham Əliyev tərəfindən Fövqəladə Hallar Nazirliyinin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması dövlət başçısının bizə göstərdiyi xüsusi diqqət və qayğının bariz göstəricisi olmaqla, bizi daha məhsuldar fəaliyyət göstərməyə ruhlandırır".

Nazir deyib ki, ötən illər ərzində FHN-in maddi-texniki bazasının gücləndirilməsi, strukturunun optimallaşdırılması, texniki təchizatının və kadr potensialının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Təkcə cari ildə Bakı şəhərində və regionlarda yerləşən qurumlarda əsaslı təmir və yenidənqurma işləri davam etdirilib, bir sıra inzibati və xidməti bina və qurğular tikilərək istismara verilib.

Qeyd edilib ki, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması və möhkəmləndirilməsi işləri davam etdirilib, cari ildə bu istiqamətdə bir sıra sazişlər imzalanıb.

FHN-in fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin şəxsi heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən K.Heydərov dövlət başçısını əmin edib ki, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təminatı, maddi və mədəni sərvətlərimizin mühafizəsi, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin edilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.

Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunub.

Sonra nazirliyin xidmətdə fərqlənən bir qrup əməkdaşına mükafatlar verilib. /Trend/

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır