Dövlət başçısı Seulda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitinə qatılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına işgüzar səfəri başlayıb. Dövlət başçısı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Koreyaya yola düşüb.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.