Prezident İlham Əliyevin Sinqapura səfəri başa çatdı - FOTOLAR

Prezident İlham Əliyevin Sinqapura səfəri başa çatdı - FOTOLAR
Bütün Xəbərlər
09:03 22.11.2012
7211
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət səfəri çərçivəsində noyabrın 21-də bu ölkənin paytaxtındakı Milli Səhləb Bağı ilə tanış olub.AZXEBER.COM-un Azərtac-a istinadən məlumatına görə, bağın icraçı direktorunun müavini Leonq Çi Çieu dövlətimizin başçısına buradakı nadir bitkilər barədə məlumat verib. Bildirilib ki, Milli Səhləb Bağında yetişdirilən və dünyanın heç bir yerində olmayan nadir səhləb gülünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı verilib. Həmin gülün sertifikatı dövlətimizin başçısına təqdim olunub.Prezident İlham Əliyev Sinqapur Milli Səhləb Bağının fəxri qonaqlar kitabını imzalayıb. Daha sonra Prezident İlham Əliyev Sinqapur botanika bağları kompleksinin ərazisindəki Milli Səhləb Bağı ilə tanış olub. Məlumat verilib ki, 70 hektar ərazisi olan bağın təməli XIX əsrin sonlarında qoyulub. Tropikal memarlığın ən mükəmməl nümunələrindən olan bu bağda səhləb güllərinin yetişdirilməsinə XX əsrin əvvəllərindən başlanıb. 1928-ci ildə burada səhləb güllərinin milli səviyyədə qorunması qərara alınıb. İndi bağın kolleksiyasında mindən çox səhləb gülü növü vardır və onun yeni növlərinin yetişdirilməsi ilə bağlı tədqiqatlar davam edir.Burada, həmçinin elmi tədqiqatların aparılması üzrə mərkəz də fəaliyyət göstərir. Prezident İlham Əliyevə Milli Səhləb Bağında mövcud olan suvarma sistemləri və soyuq şəraitdə bitkilərin yetişdirilməsi barədə məlumat verilib.Sonda dövlətimizin başçısına Milli Səhləb Bağının fəaliyyəti və burada yetişdirilən növlər barədə məlumatların toplandığı kitab və bukletlər təqdim olunub.
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sinqapur Respublikasına dövlət səfəri başa çatıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
18:48 22.06.2025
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər