Prezident İlham Əliyev sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, dövlət başçısı Cavanşir Əşrəf oğlu Axundovu Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.
Prezident digər sərəncamla Cavanşir Axundovu Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Qeyd edək ki, Cavanşir Axundov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I katibi vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində işləyib.
2000-ci ildə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olub, 2001-ci ildən nazirliyin İkinci Şərq Ərazi İdarəsində rəis müavini işləyib. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir-elçi vəzifəsində çalışıb. 2008-ci ildən Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi idi. O, Azərbaycanın İran İslam Respublikasındakı səfiri vəzifəsinə 2009-cu il noyabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə təyin olunub.
Tarix elmləri namizədidir. Ailəlidir, bir övladı var.