Prezident istefa verdi

Prezident istefa verdi
Bütün Xəbərlər
16:03 17.02.2012
1527
Almaniya prezidenti Kristian Vulf son aylarla adı ətrafında səsləndirilən çoxsaylı qalmaqallarla əlaqədar istefa verib. 
AZXEBER.COM-un məlumatına görə, Vulfun bir sıra biznesmenlərlə qarşılıqlı mənfəətli əlaqələrdə olduğu və 2008-ci ildə yaşayış üçün 500 min avro məbləğində aşağı faizli kredit aldığı müəyyənləşib. 
Bu xəbər alman nəşrlərinin səhifələrində yer aldıqdan sonra ölkə prezidentinin belə yazıların qarşısını almağa hər cür cəhd etdiyi və hətta redaktorları hədələdiyi üzə çıxıb. Fevralın 16-da Almaniya prokurorları ölkə parlamentinə Vulfun toxunulmazlıq hüququndan məhrum edilməsi barədə rəsmi ərizə göndəriblər. Kansler Angela Markel ölkədəki daxili vəziyyəti qaydasına qoymaq üçün İtaliyaya səfərini ləğv edib. 
Qeyd edək ki, Kristian Vulf 2010-cu ildən Almaniya prezidenti postunu tutur. Onun dövlət idarəçiliyindəki rolu böyük ölçüdə təntənə xarakteri daşıyır.
OXŞAR XƏBƏRLƏR