Prezident Kəmaləddin Heydərovla Abid Şərifova yeni vəzifə verdi - SƏRƏNCAM

Prezident Kəmaləddin Heydərovla Abid Şərifova yeni vəzifə verdi - SƏRƏNCAM
Bütün Xəbərlər
21:10 02.03.2016
4860
Prezidetn İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
Yer kürəsində vaxtaşırı olaraq təbii fəlakətlərin baş verməsi, həmçinin insan fəaliyyətinin artması təbii və texnogen xarakterli fövqəladə halların intensivləşməsi ilə nəticələnir.
Son iyirmi ildə Azərbaycanda aparılan geniş quruculuq işləri sayəsində irimiqyaslı dövlət və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Bununla bağlı əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə halların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur. Eyni zamanda, ölkə ərazisində baş vermiş və yarana biləcək təbii dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onların törədə biləcəyi ziyan və risklərin kompleks qiymətləndirilməsi ön plana çəkilir.
Bu baxımdan “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri böyük sosial-iqtisadi əhəmiyyətə malikdir. Atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr edilsin.
2. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:
Redaksiya heyətinin sədri
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini.
Redaksiya heyəti sədrinin müavinləri:
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.
OXŞAR XƏBƏRLƏR