"Prezident ölkədən kənarda istefa verib" - Ermənistan qarışır

"Prezident ölkədən kənarda istefa verib" - Ermənistan qarışır
DÜNYA
09:42 24.01.2022
502
"Hadisələr çox sürətlə inkişaf edir, bu istefa açıq şəkildə geosiyasi kontekst ehtiva edir. Armen Sarkisyan bir neçə gün əvvəl 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün BƏƏ-dən maliyyə alıb və bunun başlanğıc olduğu bildirilib”.

AZXEBER.COM xəbər verir ki, bunları Ermənistan parlamenti fraksiyasının deputatı Artur Kazinyan özünün feysbukdakı səhifəsində yazıb.

"Niyə indi, bazar gecəsi..? Bir şey şübhəsizdir - Ermənistanda siyasi reallıqlar dəyişib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər.

Biz ayıq-sayıq və tədbirli olmalıyıq. Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi qaldırılıb”, - Kazinyan sosial şəbəkədə yazıb.
OXŞAR XƏBƏRLƏR