Prezident Məcəlləyə yani maddə əlavə etdi –Nəqliyyatla bağlı

Prezident Məcəlləyə yani maddə əlavə etdi –Nəqliyyatla bağlı
Bütün Xəbərlər
14:48 02.11.2015
2120
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edib.
AZXEBER.COM xəbər verir ki, Məcəlləyə aşağıdakı məzmunda 265-1-ci maddə əlavə edilib:
“Maddə 265-1. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması
265-1.1. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin belə nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılması, yaxud ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265-1.3. Bu Məcəllənin 265-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
OXŞAR XƏBƏRLƏR