Rusiya prezidenti Dmitri Medvedev bəyan edib ki, mitinqlər demokratiyanın təzahürüdür və onlar ayrılmış yerlərdə və qanuna uyğun keçirilməlidir. Dmitri Medvedevin sözlərinə görə, insanların öz fikrini ifadə etmək imkanı olmalıdır və bu, normaldır. O, eyni zamanda qeyd edib ki, hər şey düzgün olmalı və ətrafdakılar üçün çətinliklərə səbəb olmamalıdır. "İndi ən əsası əsəbləri sakitləşdirmək və parlamentə işə başlamaq imkanı verməkdir. Seçkidən sonra yaranmış siyasi quruluş, seçkinin nəticələri vətəndaşların maraqlarına cavab verir."