Prezident sərəncam imzaladı.
Azərbaycan prezidenti İlham Əliyev ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri H. Bağırov Azərbaycan Respublikasında təbiətin qorunması və ekoloji mühitin yaxşılaşdırılması sahəsində xidmətlərinə görə təltif edilib.