Prezident: “Neftin ucuzlaşması iqtisadi inkişafımıza mənfi təsir göstərir”

MANŞET
16:34 21.08.2020
1630
"Müstəqillik dövründə Azərbaycan əhalisinin sayı 8 milyondan 10 milyona qalxmışdır və bu meyillər davam edəcək. Bu, ölkəmizdə görülən işləri əks etdirir. Çünki insanların yaşayış səviyyəsi yaxşılaşır. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq demoqrafik vəziyyətə bilavasitə təsir edən amillərdəndir”.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev 1 000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq "Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən və 385 meqavatlıq "Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən deyib.

"Eyni zamanda, sənaye istehsalı da artmaqdadır. Hətta bu il qeyri-neft sektorunda sənaye artır. Deyə bilərəm ki, pandemiyanın demək olar bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq və hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10-15-20 faiz səviyyəsindədir, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət hesab edirəm, qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıb. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları. Bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik”, - deyə o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:42 05.12.2020

Yeni ildə 5 gün evdəyik - RƏSMİ

14:49 05.12.2020

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti mitinq başlayır - VİDEO

14:36 05.12.2020

Ermənilər hərbi musiqini belə Türkiyə filmindən oğurlayırlar - AUDİO

14:31 05.12.2020

Rasim Musabəyovun açıqlaması sosial şəbəkələrdə də hiddətlə qarşılandı

14:19 05.12.2020

50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO

14:11 05.12.2020

Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans keçirilib - Fotolar

13:51 05.12.2020

II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR

13:36 05.12.2020

"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı

13:17 05.12.2020

Xudavəngin dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu

13:13 05.12.2020

Ədalət Vəliyev dörd siyasi partiya sədri ilə videokonfrans formatında görüş keçirib

12:59 05.12.2020

Rusiyada daha 28 782 nəfər koronavirusa yoluxdu

12:50 05.12.2020

Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın “kokain diplomatiyası”

12:44 05.12.2020

"Laçında Azərbaycan Himni oxundu və Şanlı Bayrağımız dalğalandı"

12:29 05.12.2020

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ

12:25 05.12.2020

Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ

12:19 05.12.2020

Gələn ilin bayram günləri açıqlandı