xari

Prezident: "Pandemiyadan dərhal sonra addımlarımızı çox dəqiq planlaşdırmalıyıq"

SİYASƏT
17:38 30.06.2020
1402
"Biz Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə riayət edəcəyik. Əlbəttə, dediyim kimi, daha çox inkişaf etmiş turizm sənayesinə malik olan ölkələrin addımlarını müşahidə edəcəyik. Xüsusən ona görə ki, yay mövsümünün az qala üçdəbir hissəsi arxada qalıb. Buna görə yəqin ki, iyul-avqust aylarında ölkələr daha çox açılacaq. Mən dünyada baş verən hadisələri müşahidə edirəm və görürəm ki, turizm istiqamətləri arasında aviasiya əlaqələri artıq bərpa olunur, buna görə biz bu prosesi çox diqqətlə izləyəcəyik".

AZXEBER.COM-un xəbərinə görə, bunu iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

"Eyni zamanda, onu da demək istərdim ki, indi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik.

Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir. Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Belə ki, burada bütün amillər var. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir", - dövlət başçısı əlavə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:42 17.01.2021

Səfərbərlikdən tərxis edilənlər üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır

15:34 17.01.2021

Azərbaycanlı rejissor vəfat edib

15:01 17.01.2021

Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirəcək

14:08 17.01.2021

Sumqayıtda oteldəki qətllə bağlı cinayət işi açıldı

13:46 17.01.2021

Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq

13:31 17.01.2021

Sumqayıtda arvadını qətlə yetirən ər saxlanıldı

13:19 17.01.2021

Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyanın daha iki səyyar qrupu yaradıldı

13:11 17.01.2021

Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

12:11 17.01.2021

Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlərin sayı bəlli oldu

11:40 17.01.2021

Gürcüstanda daha 780 nəfərdə koronavirus aşkarlanıb, 17 pasiyent ölüb

11:28 17.01.2021

Alimlərdən koronavirusla bağlı xəbərdarlıq - 2021-ci ilin martına qədər...

11:13 17.01.2021

Kart məlumatlarının oğurlanması ilə bağlı - Xəbərdarlıq

10:28 17.01.2021

Xətai rayonunda iki avtomobil toqquşdu, bir nəfər xəstəxanalıq oldu

10:19 17.01.2021

Azərbaycanda ər arvadını oteldə boğaraq öldürdü

10:17 17.01.2021

Çində koronavirusa yoluxanların sayı artdı: Xəstəxanalar bərpa olundu

23:48 16.01.2021

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var