Prezident postu ləğv oluna bilər

Prezident postu ləğv oluna bilər
Bütün Xəbərlər
14:05 17.10.2011
1775
İran İslam Respublikasının Kirmanşah şəhərinə səfər edən ölkənin dini lideri ayətullah Əli Xamneyi oktyabrın 16-da tələbələr qarşısında çıxış edərək gələcəkdə ölkədə prezident postunun ləğv olunmasının mümkünlüyündən danışıb.
“Media forum” saytının məlumatına görə, ayətullah Xamneyi deyib ki, prezident postunun ləğv olunub baş nazir postu ilə əvəz edilməsində heç bir problem görmür: “Hazırkı şəraitdə ölkənin siyasi sistemi prezidentliyə əsaslanır. Prezident xalqın birbaşa səsi ilə seçilir. Bu isə yaxşı və təsirli bir üsuldur. Lakin uzaq gələcəkdə bir gün hiss olunsa ki, icra hakimiyyəti məsullarını parlamentin seçməsi daha səmərəli və məqsədə uyğundur, onda hazırkı sistem və vəziyyətin dəyişməsində heç bir problem yoxdur”.Sentyabrın 21-də İran parlamentinin mühafizəkar deputatı Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpa olunması ətrafında danışıqlar getdiyini açıqlamışdı: “Son vaxtlar siyasi nəzəriyyəçilər arasında belə bir təklif ətrafında müzakirələr gedir ki, “Vəliyi-fəqih” (dini rəhbər ayətullah Əli Xamneyinin mütləqiyyətə söykənən titulu və vəzifəsi) nemətinə malik olan ölkəmizdə prezidentə ehtiyac yoxdur. Ölkədə icra hakimiyyətinə rəhbərliyi parlamentin seçdiyi baş nazir həyata keçirə bilər. Bu ideya o baxımdan önəm daşıyır ki, icra hakimiyyəti, onun rəhbəri deputatlar qarşısında cavabdeh ola bilər. Prezident postunun ləğv edilərək yerinə baş nazirin gətirilməsi təklifi haqda hazırda güclü siyasi imici olan deputatlar arasında danışıqlar gedir, məsələ hərtərəfli araşdırılır”.1989-cu ildə İran İslam Respublikasının Konstitusiyasında dəyişiklik edilərək baş nazir postu ləğv olunub. 1979-cu ildə qurulan İran İslam Respublikasının sonuncu (beşinci) baş naziri hazırda ev dustaqlığında saxlanan Mirhüseyn Musəvi olub. O, 1981-ci ildən 1989-cu ilə qədər baş nazir vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
05:29 04.04.2026
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert