Prezident qanuna dəyişiklik etdi

Prezident qanuna dəyişiklik etdi
Bütün Xəbərlər
18:17 03.04.2014
3864
Azərbaycan prezidenti İlham Əliyev “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2014-cü il 14 mart tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti mövcud qanunların və prezidentin aktlarının “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməlidir, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
OXŞAR XƏBƏRLƏR