Prezident rəsmi qəbulda mükafat təqdim etdi

Prezident rəsmi qəbulda mükafat təqdim etdi
Bütün Xəbərlər
15:07 27.05.2016
1441
Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib.
AZXEBER.COM xəbər verir ki, mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.
Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.
İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.
Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olunub.
OXŞAR XƏBƏRLƏR