Prezident Rusiya nümayəndə heyətini qəbul etdi

Prezident Rusiya nümayəndə heyətini qəbul etdi
Bütün Xəbərlər
08:01 16.08.2012
840

Azərbaycan prezidenti İlham Əliyev avqustun 15-də Rusiya Federasiyası hökuməti sədrinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sənaye sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. D. Roqozinin Azərbaycana səfərinin əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub

OXŞAR XƏBƏRLƏR