Prezident seçkilərində Nazarbayevin rəqibləri də ona səs veriblər
Bütün Xəbərlər
19:41 03.04.2011
1545
Yerli qanunvericiliyə uyğun olaraq səsvermə axşam saat 20:00-a qədər davam edib.
Bu ilki seçkilərdə hakim “Nur Otan” partiyasının namizədi Nursultan Nazarbayevdən savayı üç nəfər – Qazaxıstan Xalq Kommunist Partiyasının katibi Jambıla Əhmədbəyov, ekoloq Melsa Yeleusizov və Vətənpərvərlər Partiyasının lideri, Senatın deputatı Qəni Qasımov da prezident kürsüsü uğrunda mübarizə aparırlar.
Seçki bülletenləri bu dəfə fərqli formadadır. Belə ki, “hamının əlehinə” qeydi bu dəfə bülletenə salınmayıb. Məlumat üçün bildirək ki, 2005-ci ildə keçirilən seçkilərdə Yeleusizov cəmi 0,28 faiz səs toplamışdı. Qasımov isə 1999-cu il seçkilərində gücünü sınamışdı.
Bu gün Qazaxıstan əhalisi 16,4 milyondan yuxarıdır. Seçicilərin sayı isə 9,18 milyondur. Ölkədə 9 min 725 seçki məntəqəsi yaradılıb.