"Prezident seçkilərində Azərbaycan mediası mühüm mənbə rolunu oynayacaq"

"Prezident seçkilərində Azərbaycan mediası mühüm mənbə rolunu oynayacaq"
MEDIA
16:34 12.01.2024
280
"Hesab edirəm ki, mediamızın seçkilərdə əsas rolu səsvermə prosesini obyektiv işıqlandırmaq, səsvermənin nəticələri ilə bağlı dəqiq informasiya təminatını həyata keçirməkdir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan mediasının rolundan danışarkən deyib.

Jurnalist əlavə edib ki, bu seçkilər tarixi əhəmiyyətli hadisə olacaq:
 
"Bildiyiniz kimi, fevral ayının 7-də Azərbaycanda çox mötəbər hadisə baş verəcək və ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə ən mühüm məqam müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki prosesinin respublikanın bütün ərazisində keçirilməsidir. Bu seçkilər tarixi əhəmiyyətli hadisə olacaq, eyni zamanda, ərazi bütövlüyümüz və suverenliyimizin təsbitidir".
 
Media kapitanı qeyd edib ki, Azərbaycan mediası prezident seçkilərində təkcə ölkə daxilində informasiya təminatını həyata keçirməyəcək, həm də beynəlxalq media resursları üçün mənbə rolunu oynayacaq:

"Bilirsiniz ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda Prezident, parlament və bələdiyyə seçkiləri, o cümlədən, referendum keçirilib. Bu dövr ərzində sözügedən seçkiləri izləyən mediamızın və jurnalistlərimizin zəngin təcrübəsi formalaşıb. Bununla yanaşı, mediamız hazırda peşəkarlıq baxımından da xeyli inkişaf edib. Hətta, bir çox xarici ölkələrdə keçirilən seçkilərdə jurnalist müşahidəsi aparırlar. Əminəm ki, bütün bu amillər mediamıza gələn ay baş tutacaq prezident seçkilərinin qanunvericilik çərçivəsində işıqlandırmağa imkan verəcək. Azərbaycan mediası Prezident seçkilərində təkcə ölkə daxilində informasiya təminatını həyata keçirməyəcək, həm də beynəlxalq media resursları üçün mənbə rolunu oynayacaq. Bu baxımdan, seçkilərin qanunvericilik çərçivəsində işıqlandırılması və şəffaf informasiya axınının təmin edilməsi üçün mediamızın üzərinə ciddi iş və məsuliyyət düşür".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ