Prezident seçkilərinin gedişində Milli Şura təmsilçiləri qanunazidd hallara yol verib

SİYASƏT
16:10 09.10.2013
2035

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində Milli Şuranın təmsilçiləri seçki məntəqələrində bir sıra qanunazidd hallara yol verib.

AZXEBER.COM-un məlumatına görə, Binəqədi rayon 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 16 saylı məntəqəsində müxalifyönlü Tibb Universitetinin 40 tələbəsi qeydiyyatda olmadıqları halda məntəqəyə gələrək səs vermək istəyiblər.Onlara komissiya tərəfindən müvafiq izahat verilib.Şəkidə 113 saylı Dairə Seçki Komissiyasının 9 saylı məntəqəsində AXCP-nin Şəki təşkilatının sədri Abdullayev Əli, 16 saylı seçki məntəqəsində isə AXCP üzvü Həsən Hüseynov təbliğat apararaq seçkiyə gələn vətəndaşları namizəd Cəmil Həsənliyə səs verməyə dəvət edib.Hər iki fakt aktlaşdırılıb və DSK-ya təqdim edilib.Zərdabda isə 92 saylı Zərdab-Ucar seçki dairəsinin 3 saylı məntəqəsində Müsavat Partiyasının rayon təşkilatının sədri Zülfiyev İbrahim Zülfü oğlu seçki məntəqəsində seçicilərin səsverməsinə və müşahidəçilərin fəaliyyətinə maneçilik yaradıb.Seçki Məcəlləsinin tələbləri ona izah edilmiş və problem aradan qaldırılıb.Bundan başqa Suraxanı rayonunda 31 saylı seçki dairəsinin 15 saylı məntəqəsində Milli Şuranın müşahidəçisi, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli beynəlxalq müşahidəçilərə qanun pozuntuları barədə əsassız şikayət edib, “axşam görərsiniz, nə edəcəyik” deyib.Bu hadisə Məntəqə Seçki Komissiyası tərəfindən aktlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR