Prezident Səlim Müslümovun korrupsiya ocaqlarından birini ləğv etdi - NAZİR HƏDƏFDƏ?

Prezident Səlim Müslümovun korrupsiya ocaqlarından birini ləğv etdi -  NAZİR HƏDƏFDƏ?
SOSİAL
12:32 04.08.2016
11031

Ünvanlı sosial yardım adı altında baş verən qanunsuzluqları dayandırmaq mümkün olmadığından, prezident məsələyə kəskin mövqe bildirib; əmək və əhalinin sosial müdafiəsi nazirinin yaratdığı rüşvət mexanizmi kökündən qazınır; nazirlik isə iddia edir ki...

Aztəminatlı ailələrin güzəranının yaxşılaşması üçün nəzərdə tutulmuş ünvanlı sosial yardım dövrü artıq başa çatır. On il fəaliyyət göstərən bu layihənin ləğv olunacağı bildirilir. Ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib. Bu yardımın verilməsində əsas məqsəd aztəminatlı ailələrin maddi şəraitinin yaxşılaşdırılmasıdır.
Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Hazırda ehtiyac meyarı 105 AZN məbləğində müəyyən olunub. Bu o deməkdir ki, ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur və bir il müddətinə nəzərdə tutulur.
Bugünlərdə ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclasında insanlara ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələyə toxunub. Ölkə başçısı bildirib ki, artıq ünvanlı sosial yardımdan imtina etməyin vaxtıdır:“Biz ünvanlı sosial yardımla bağlı layihəni aztəminatlı insanların şəraitinin yaxşılaşması üçün nəzərdə tutmuşuq. Hazırda 200 min ailə ünvanlı sosial yardım alır. Amma ünvanlı sosial yardım insanlarda asılılıq yaradır və bu, gələcəkdə daha da təhlükəli ola bilər. Bunun üçün biz o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər”.
Prezident həmçinin onu da qeyd edib ki, gələcəkdə dövlət aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanlı yardımın formalarına dəyişiklik edə bilər. Bu səbəbdən aztəminatlı ailələrə öz biznesini yaratmaq üçün dəstək veriləcək. Bununla da ünvanlı sosial yardımdan asılılıq aradan qaldırılacaq.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Vahid Əhmədov “Cümhuriyyət”ə açıqlamasında bildirib ki, bu məsələdə söhbət ünvanlı sosial yardımın ləğvindən getmir:“Məşğulluq məsələsi həll olunmayan insanlara ünvanlı sosial yardım yenə də veriləcək. Amma indi pilot layihələr həyata keçirilir. Artıq iki rayonda bu layihələrə start verilib və 11 rayonda da həyata keçməlidir. Gələcəkdə də bu layihə əgər uğurlu olsa, davam etdiriləcək. Burada məsələ ondan ibarətdir ki, prezident özünün ehtiyat fondundan 6 milyon manat vəsait ayırıb ki, bu pilot layihə vasitəsilə insanlara iş yerləri təşkil olunur. Təmin edilən iş yerləri ilə bağlı insanlara bildirilir ki, bu sahədə işləyib özünü dolandırmalısan. Hərənin maraq göstərdiyi sahə üzrə işlərə cəlb olunması nəzərdə tutulur. Çoxdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu layihəsi var və həyata keçirilir. Bu proses ələbaxımlılığın aradan götürülməsi üçün nəzərdə tutulub. Mən bu layihəni çox müsbət hesab edirəm. Bir var ki, ələbaxımlılıq olsun, camaat işləmək istəməsin və rahat olsun ki, dövlətdən yardım alacaq. Bir də var ki, insana ömürlük iş yeri və onunla məşğul olması üçün şərait yaradılır. Bu, çox mütərəqqi addımdır və Azərbaycan üçün müsbət nəticəsini verəcək”.
İqtisadçının sözlərinə görə, ünvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək: “Birdən-birə pilot layihəyə keçid olmayacaq, yəni buna zaman-zaman gediləcək. 3-5 il ərzində buna gedəcək olan insanlara həmin layihə üzrə şərait yaradılacaq. Əgər bu layihəyə gedənlər arasında artım olsa və uğurlu davam etsə, həmin insan ünvanlı sosial yardımdan çıxarılacaq”.
Əslində ünvanlı sosial yardımların verilməsi ilə bağlı tez-tez müxtəlif səpkili şikayətlər ictimailəşir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial yardımların verilməsində çətinliklər yaradılması, həmçinin bir neçə ayın yardımının yardımı düzəldən qurum və məmurlar tərəfindən alınması kimi məsələlər mətbuata çıxsa da, problem həllini tapmayıb.
“Yeni Müsavat”a özəl mənbələrdən daxil olan məlumatda bildirilir ki, sabiq nazir Füzuli Ələkbərovun vaxtından ünvanlı sosial yardımın verilməsində şəffaflığı təmin etmək mümkün olmayıb. 2013-cü ildə prezident fərmanı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Səlim Müslümov bu sahədəki korrupsiya ocaqlarını söndürmək işinə girişdiyi görüntüsü yaratmışdı. O, tez-tez keçirdiyi müşavirələrdə şou xarakterli olaylar çıxarırdı. Bir neçə idarə müdirini, rəhbər işçini elə iclas zalından qovaraq işdən çıxartdığını bəyan edirdi. Sonra ƏƏSMN-də hər şey “köhnə hamam, köhnə tas” formasında davam etdi. ÜSY-ların verilməsində ciddi qanun pozuntuları halları oldu. Yerlərdən gələn şikayətlərdə bildirilir ki, ƏƏSMN regional şöbələrində ünvanlı sosial yardım alanlara belə təklif olunur: “Altı ay bizim, 6 ay sənin”. Dövlətin pulunun bu şəkildə mənimsənilməsi heç şübhəsiz dövlət rəhbərliyinin də qulağına çatırdı. Mənbələr iddia edir ki, prezidentin məlum çıxışı da məhz Səlim Müslümovun və onun komandasının korrupsiya ocağının söndürülməsi üçün nəzərdə tutulub. Ona görə də ÜSY-nin forması dəyişdirilir.
***
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımın kəsiləcəyi barədə fikirlərə münasibət bildirib. Nazirlikdən “Yeni Müsavat”a göndərilən məlumatda bildirilir ki, həmin proqram aztəminatlı ailələrin yoxsulluqdan çıxmasını şərtləndirmir.“Ölkəmizdə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması, həmin ailələrə bu yardımların təyin olunması və ödənişi prosesi davam etdirilir. Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış və cari il fevral ayının 15-dən tətbiqinə başlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi vasitəsilə aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımından heç bir məmur müdaxiləsi mümkün olmadan, tam şəffaf şəraitdə faydalanırlar”, - deyə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
O, bununla belə, ayrı-ayrı KİV-lərdə guya ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə məlumatların yer aldığını və həmin məlumatların əsassız, şayiə xarakterli olduğunu və ictimai rəyi çaşdırmağa yönəldiyini diqqətə çatdırıb
Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin yoxsulluğun çətinliklərindən qorunmasına yönəldiyini qeyd edən E.Babayev bildirib ki, bununla belə, həmin proqram aztəminatlı ailələrin yoxsulluqdan çıxmasını şərtləndirmir: “Ona görə də belə ailələr sırasından müvafiq potensialları olan ailələrin özünüməşğulluğuna, beləliklə, yoxsulluq vəziyyətindən çıxmalarına şərait yaradılması hazırda əsas fəaliyyət istiqamətlərindən biridir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
18:20 11.08.2025
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
17:18 11.08.2025
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
17:17 11.08.2025
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
Bu ərazilərdə işıq olmayacaq
17:14 11.08.2025
Bu ərazilərdə işıq olmayacaq
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
17:08 11.08.2025
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
Röya Ayxanın atası vəfat etdi
16:51 11.08.2025
Röya Ayxanın atası vəfat etdi