AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Məşrif avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 7 milyon manatı Siyəzən rayon İcra Hakimiyyətinə ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.