Prezident Şri-Lanka xalqını təbrik etdi

Prezident Şri-Lanka xalqını təbrik etdi
Bütün Xəbərlər
10:15 04.02.2012
939

İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidentinə məktub ünvanlayıb

Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Mahinda Racapaksanı təbrik edib. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, İlham Əliyevin təbrik məktubunda deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər bundan sonra da öz inkişafını dostluq və əməkdaşlıq məcrasında davam etdirəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

OXŞAR XƏBƏRLƏR