Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını etdi - FOTO

Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını etdi - FOTO
SİYASƏT
12:59 09.05.2023
262
Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib.

Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.
Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını edib.
 

 

 


OXŞAR XƏBƏRLƏR