AZXEBER.COM-un Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Dövləti başçısı Bakı Funikulyorunun açılışını bildirən lenti kəsib. Onlar Bakı Funikulyorunun əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olublar. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri tamamilə təzələnmiş, yeni vaqonlar alınıb. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilib funikulyorun hər iki stansiyası şüşədən hazırlanıb. Funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcək.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funikulyorla yuxarı stansiyaya qalxıblar.Daha sonra dövlət başçısı və xanımı Azneft döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunan yeraltı piyada keçidinin açılışında iştirak ediblər.Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fasadına baxıblar. Dövlət başçısı və xanımı Dənizkənarı Milli Parkın “Venesiya” adlanan ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə maraqlanıblar.