Prezident və nazir Zaqatalaya helikopterdən baxdılar - FOTOLAR

Prezident və nazir Zaqatalaya helikopterdən baxdılar - FOTOLAR
Bütün Xəbərlər
00:14 10.05.2012
3077
İlham Əliyevlə Kəmaləddin Heydərov zəlzələ bölgəsini helikopterlə izlədilər
AZXEBER.COM-un məlumatına görə, prezident İlham Əliyev zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış bu gün Zaqatalada olub. O, Kəmaləddin Heydərovla birgə helikopterlə zəlzələnin episentrindəki ərazini seyr edib. Fövqəladə hallar naziri İlham Əliyevə təbii fəlakətin nəticələri barədə ətraflı məlumat verib.Bildirib ki, zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçmuş, ya da qəzalı vəziyyətə düşüb. Çoxlu sayda sosial obyektə də ciddi ziyan dəyib.Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılıb və işçi qruplar dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görür. Qısa müddətdə rayona Fövqəladə Hallar Nazirliyi tərəfindən çoxlu sayda texnika və avadanlıq, çadırlar, böyük miqdarda tikinti materialları gətirilib.“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə də Zaqatala rayonuna tikinti materialları ilə kömək göstərilib. Zəlzələ bölgəsinə çoxlu sayda çadırlar gətirilərək quraşdırılıb.Sonra İlham Əliyev baş vermiş zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözbaraq kəndinə gəlib.Dövlət başçısı kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Sultanovun zəlzələdən ziyan çəkən evinə baxıb, ev sahibləri ilə söhbət edib.O, zəlzələdən ziyan çəkən bütün ailələrə dövlətin hərtərəfli kömək göstərəcəyini, uçan evlərin yerində ən müasir tələblərə cavab verən və sahəsinə görə əvvəlkilərdən daha böyük olacaq yeni evlərin inşa ediləcəyini bildirib.Dövlət başçısı Gözbaraq kənd sakinləri ilə də görüşüb.Daha sonra Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan qərargahda İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.Dövlət başçısı zəlzələ nəticəsinə dağılan evlərin operativ qaydada sökülməsi, sakinlərin istək və arzuları da nəzərə alınmaqla sahəsinə görə daha geniş və keyfiyyətli evlərin tezliklə tikilməsi barədə aidiyyəti qurumlara tapşırıqlarını verib. İlham Əliyev bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb.Azərbaycan Prezidenti zəlzələdən ziyan çəkən evlərin sakinlərinin müvəqqəti yerləşdirilməsi, onların ərzaq təminatı, səhiyyə və digər xidmətlərlə təmin olunması barədə də müvafiq tapşırıqlarını verib.Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli baş vermiş zəlzələ və onun nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə dövlət başçısına ətraflı məlumat veriblər.
OXŞAR XƏBƏRLƏR