Prezident və xanımı əlillər üçün pansionatın təmirdən sonrakı açılışında

SİYASƏT
17:40 01.10.2013
1239

Oktyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.

AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı pansionatın yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaradılmış şəraitlə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına və xanımına məlumat verib ki, 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şərait yaradılıb. Pansionat üçün sahəsi 10687 kvadratmetr olan 165 otaqlı yeni korpus tikilib.

Daha sonra prezident və xanımı pansionatın sakinləri ilə görüşdülər, çay süfrəsi arxasında söhbət ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR