Prezident verilişləri tənqid etdi: ‘Bizim televiziya kanallarımız, demək olar ki...’

Prezident verilişləri tənqid etdi: ‘Bizim televiziya kanallarımız, demək olar ki...’
Bütün Xəbərlər
11:12 17.04.2012
2266

Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilən iclasında Azərbaycanda ərzaq təhlükəsizliyindən danışıb və bu sahədə narazı olduğu məqamları dilə gətirib.

AZXEBER.COM xəbər verir ki, ölkə başçısı bu sahədə telekanallarda baş verən xoşagəlməz hallara da diqqət yetirib: “Bu gün səhiyyə naziri də çıxışında dedi ki, səhiyyə sisteminin təkmilləşməsinə nə qədər böyük investisiyalar qoyulur. Nə qədər vəsait qoyulur və nə qədər gözəl nəticələr vardır. Dünya Səhiyyə Təşkilatı nailiyyətlərimizi çox böyük, həvəslə qeyd edir və misal çəkir. Azərbaycanda bu sahədə görülən işlər, doğrudan da, bir örnək ola bilər. Diaqnostika mərkəzləri, rayon xəstəxanaları, mərkəzi xəstəxanalar, idman qurğuları tikilir, ekoloji tədbirlər görülür, içməli su layihələri icra edilir. Bu gün ekologiya və təbii sərvətlər naziri də bu barədə danışmışdır. Məişət tullantıları zavodu tikilir ki, havamız çirklənməsin. Bütün bu addımlar insanın sağlamlığına birbaşa müsbət təsir göstərir. Bununla bərabər, keyfiyyətsiz ərzaq, əlbəttə ki, böyük təhlükə mənbəyidir. Mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Bir halda ki, bundan söz düşdü, bir məsələyə də diqqət yetirmək istəyirəm. Bizim televiziya kanallarımız, demək olar ki, onların hamısı indi belə verilişlər, yəni mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn bir meyllidir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Təbii ki, Azərbaycanda evlərdə bişirilən yemək, indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə də gəlib çatıbdır. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcəkdir. Yəni, nə qədər gülməlidisə, bir o qədər də faciəvidir. Doğrudan, biz sağlam həyat tərzini təbliğ edirik. İnsanları pis vərdişlərdən çəkindirməyə çalışırıq, idmanı təbliğ edirik, siqaret çəkənə müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir. Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
10:07 09.08.2025
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
Azərbaycan XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
10:05 09.08.2025
Azərbaycan XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
09:33 09.08.2025
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
09:30 09.08.2025
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
09:28 09.08.2025
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
09:25 09.08.2025
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
09:23 09.08.2025
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
09:21 09.08.2025
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
09:20 09.08.2025
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq