Prezident xalqa divan tutmaq üçün yeni ordu yaratdı

Prezident xalqa divan tutmaq üçün yeni ordu yaratdı
Bütün Xəbərlər
19:44 04.11.2011
1653

Noyabrın 4-də Belarusda ərazi müdafiə ordusu təsis olunub.Prezident Aleksandr Lukaşenko yeni ordunun 120 min nəfərdən ibarət olduğunu açıqlayıb.

Ərazi müdafiə qoşunlarına Belarus qubernatorları, həmçinin paytaxt Minskin meri komandanlıq edəcək. Lukaşenkonun sözlərinə görə, Belarus bölgələrinin başçıları faktiki olaraq general-qubernator olacaqlar. Lukaşenko qubernatorlara rəsmi general rütbəsi də verib.

Bundan sonra Belarusda qubernatorlara onlara həvalə olunan ərazilərin hərbi təhlükəsizliyini təmin etmək də tapşırılır. Lukaşenko qeyd edib ki, hər qubernatorun şəxsi ordusu olacaq, amma bu bölgələr bir-biri ilə qarşılıqlı əlaqə quracaqlar.

Prezident yeni orduda əhalinin müxtəlif təbəqələrinin təmsil olunacağına ümid edir. O, əsasən iş adamlarına ümid etdiyini vurğulayıb: “Allah eləməsin ki, biz vuruşmalı olaq. Kişiyik, öz evimizi, ailəmizi və hər qarış torpağımızı qorumalıyıq. Bu bizim borcumuzdur. Əgər ölmək lazımdırsa, demək öləcəyik”.

//mediaform

OXŞAR XƏBƏRLƏR