Prezident yanğın olan binada

Prezident yanğın olan binada
Bütün Xəbərlər
11:00 20.05.2015
7374
Azərbaycan prezidenti İlham Əliyev mayın 20-də Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada yanğının baş verdiyi ərazidə olub.
APA-nın məlumatına görə, prezident yanan binaya baxış keçirib, baş verən hadisə ilə maraqlanıb.
Dövlət başçısı faciənin nəticələrinin aradan qaldırılması, hadisə nəticəsində zərərçəkənlərə hər cür yardım göstərilməsi ilə bağlı lazımi tapşırıqlar verib.
Qeyd edək ki, mayın 19-da baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR