Prezident Zenit Raket Komplekslərinin start mövqeyinə gəlib - Fotolar

SOSİAL
16:30 26.06.2021
295
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

"Qafqazinfo"nun məlumatına görə, İlham Əliyev döyüş növbətçiliyində olan S-300 PMU-2 "Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə gəlib.

Azərbaycan Ordusunun müasir hərbi texnika, silah-sursatla təminatı daim Ali Baş Komandanın diqqət mərkəzində olub. 

Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə də məlumat verilib.

Bildirilib ki, məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolokasiya vasitələrinin, radiotexniki kəşfiyyatın, radioelektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir. Vətən müharibəsində aparılan döyüşlərin təcrübəsi nəzərə alınmaqla qurulan Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.
 

 

 

 

 



Sonra Ali Baş Komandana Hərbi Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib.

OXŞAR XƏBƏRLƏR