Prezidentdən ‘Asan Xidmət’lə bağlı 7 milyonluq - SƏRƏNCAM

Prezidentdən ‘Asan Xidmət’lə bağlı 7 milyonluq - SƏRƏNCAM
Bütün Xəbərlər
20:46 16.07.2015
1550

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regionlarda əhaliyə göstərilən xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZXEBER.COMxəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikasının regionlarında yaşayan əhaliyə dövlət orqanları tərəfindən xidmətlərin keyfiyyətli, rahat və müasir innovasiyaları tətbiq etməklə göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” mərkəzinin tikilməsi üçün ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

OXŞAR XƏBƏRLƏR