Prezidentdən konfrans iştirakçılarına - Müraciət

Prezidentdən konfrans iştirakçılarına - Müraciət
SİYASƏT
10:09 09.10.2025
247
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, müraciət mətnini Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev səsləndirib.

Prezidentin müraciət mətnini təqdim edirik:

"Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir.   
Ətraflı

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.

Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn edilmişlər.

2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır. Sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir.  

Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır.

Əminəm ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Bir daha sizi salamlayır və konfransın işinə uğurlar arzulayıram”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polis Astarada əməliyyat keçirdi - 55 kq narkotik vasitə aşkarlandı
17:11 09.10.2025
Polis Astarada əməliyyat keçirdi - 55 kq narkotik vasitə aşkarlandı
Putin AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
17:10 09.10.2025
Putin AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
Prezident: Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur
17:07 09.10.2025
Prezident: Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
17:06 09.10.2025
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
"İçimdəki fırtınanı heç kim görmür" - Rəqsanənin qızından təsirli paylaşım
16:58 09.10.2025
"İçimdəki fırtınanı heç kim görmür" - Rəqsanənin qızından təsirli paylaşım
Putin Azərbaycanla humanitar əlaqələrin yüksək səviyyədə olduğunu bildirib
16:57 09.10.2025
Putin Azərbaycanla humanitar əlaqələrin yüksək səviyyədə olduğunu bildirib
Diplomatiya dərsi: Əliyev hadisəni dövlət məsuliyyəti səviyyəsinə qaldırdı
16:52 09.10.2025
Diplomatiya dərsi: Əliyev hadisəni dövlət məsuliyyəti səviyyəsinə qaldırdı
Prezident Putinə təşəkkür etdi
16:44 09.10.2025
Prezident Putinə təşəkkür etdi
"Süni intellekt TDT ölkələri üçün də prioritet sahələrdəndir" - Hacıbəy Heydərli
16:43 09.10.2025
"Süni intellekt TDT ölkələri üçün də prioritet sahələrdəndir" - Hacıbəy Heydərli
Tatlısesin gəlini təcili əməliyyat olundu
16:40 09.10.2025
Tatlısesin gəlini təcili əməliyyat olundu
"Miss Qazaxıstan 2024"ün qalibi tarixə düşdü - FOTOLAR
16:35 09.10.2025
"Miss Qazaxıstan 2024"ün qalibi tarixə düşdü - FOTOLAR
"Haqqımızda çıxan xəbərlər bizim yaşımıza yaraşmaz" - Nadir
16:22 09.10.2025
"Haqqımızda çıxan xəbərlər bizim yaşımıza yaraşmaz" - Nadir
89 yaşında vəfat edən Əminə Yusifqızı kim idi?
16:20 09.10.2025
89 yaşında vəfat edən Əminə Yusifqızı kim idi?
İnsanlar nəyə görə qeybət etməyə meyllidir? - Psixoloq səbəbini açıqladı
16:13 09.10.2025
İnsanlar nəyə görə qeybət etməyə meyllidir? - Psixoloq səbəbini açıqladı
Sevdanın həyat yoldaşı 40 kilo çəki atıb
16:08 09.10.2025
Sevdanın həyat yoldaşı 40 kilo çəki atıb
“Rusiyanın anlamalıdır ki, təhdid dili artıq öz təsirini itirib"
16:01 09.10.2025
“Rusiyanın anlamalıdır ki, təhdid dili artıq öz təsirini itirib"