Prezidentdən sevdiyi qızı ona vermələri üçün kömək istədi

Prezidentdən sevdiyi qızı ona vermələri üçün kömək istədi
DÜNYA
13:10 21.05.2016
7025

Dövlət başçısı həmin gəncə zamin durdu.

Yahya Çağlar Akarsu adlı gənc bir qız sevdiyini, amma ailəsinin qızı ona vermədiklərini və ona dəstək olmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

Rizədə səfərdə olan Rəcəb Tayyib Ərdoğan istirahət üçün ata ocağı Rizənin Güneysu Mahalındakı mənzilinə gedib.

Ərdoğan burada gənclərlə görüşüb. Bu arada Yahya Çağlar Akarsu adlı bir gənc, sevdiyi qızı istəməsinə baxmayaraq ailəsinin vermədiyini söyləyib, qızı ailəsindən istəmək üçün Ərdoğandan kömək istəyib. Ərdoğan isə gəncə zamin olduğunu deyərək yanındakılardan gəncə kömək etmələrini istəyib.(sputnik)

OXŞAR XƏBƏRLƏR