Prezident İlham Əliyev Sumqayıt şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, sərəncmda Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması nəzərdə tutulur.