'Prezidentə dəstək – 2013' 'Facebook' qrupu: ən layiqli namizədə səs verək!

SİYASƏT
13:55 07.10.2013
1726

''www.newtimes.az'' analitik-informasiya portalının təşəbbüsü ilə yaradılmış Prezident İlham Əliyevə Facebook-da dəstək qrupuna daxil olanların sayı sürətlə artır. Son bir həftənin göstəricisi qürurvericidir

Açıq görünür ki, vətəndaşlar hazırkı dövlət başçısını ən layiqli namizəd hesab edirlər. Azərbaycan vətəndaşları yetkin seçicilər olduqlarını nümayiş etdirirlər.

Proses davam edir. "Prezidentə dəstək-2013'' Facebook qrupunun üzvləri artıq Bakı şəhəri üzrə 400 min nəfəri keçmişdir. Bir həftə ərzində daha 100 min insan Prezidentə dəstək verməyə hazır olduğunu bildirdi. Bu, kifayət qədər yüksək sürətdir. Lakin tamamilə başadüşülən haldır. Çünki Azərbaycan vətəndaşları dövləti kimin idarə etməyə layiq olduğunu çox yaxşı dərk edirlər.

Siyasət həm incə, həm də məsuliyyətli bir işdir. Burada insanları aldatmağın ömrü çox qısa olur. Keçən əsrin 90-cı illərində populist çıxışlarla seçicilərin səsini qazananların indi heç bir şansı yoxdur. Səbəbi sadədir – Azərbaycan vətəndaşları real, səmərəli, dövləti və milli maraqlara cavab verən siyasət yeridən liderin 2003-2013-cü illər müddətində ölkə üçün nələr etdiyini kənara qoya bilməzlər. Bu illər ərzində Azərbaycan regional lider səviyyəsinə məhz İlham Əliyevin rəhbərliyi ilə yüksələ bildi. İndi Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri kimi xarakterizə edirlər. Bunlardan əlavə, bir mühüm məqamı vurğulamaq lazımdır.

İlham Əliyev mütəmadi olaraq müxtəlif bölgələrə səfərə çıxır. Hər gedişində yeni bir obyektin açılışında iştirak edir. Azərbaycanın bütün rayonları tanınmaz dərəcədə yeniləşib. Şəhərlərdə geniş quruculuq işləri aparılır, yeni-yeni mədəniyyət mərkəzləri tikilir. Bölgələrdə sosial sahənin inkişafına ciddi diqqət yetirilir. Əsas amillərdən biri ondan ibarətdir ki, bölgələrdə idmanın inkişafına da yüksək səviyyədə qayğı göstərilir. Təsadüfi deyil ki, müxtəlif yarışlarda uğur qazananlar sırasında bölgələrədə yetişmiş idmançılar vardır. Bu, çox əhəmiyyətli faktdır. Prezident İlham Əliyev bu günlərdə haqlı olaraq "Azərbaycan idman ölkəsidir'', demişdi.

Bütün bunlara görə, "Prezidentə dəstək-2013'' Facebook qrupunda gənclərin üstünlük təşkil etməsi tamamilə normal haldır. Onlar ölkənin və dövlətin gələcəyini hazırkı Prezident İlham Əliyevə etibar edirlər. Unutmaq olmaz ki, indiki gənclər yaxın perspektivdə Azərbaycan cəmiyyətinin ən fəal kəsimi olacaqlar. Müstəqil dövlət quruculuğunun əsas iştirakçıları məhz gənclərdir. Onu demək lazımdır ki, proqnozlara görə, müasir cəmiyyətlərin sabit inkişafı gənclərin fəaliyyətindən birbaşa asılı olacaqdır. Bu o deməkdir ki, bu gün İlham Əliyevə dəstək verən insanlar, əslində, Azərbaycanın sabahına səs verir, uğurlu dövlət quruculuğu prosesində yaxından iştirak etməyə olan hazırlıqlarını ifadə edirlər.

''www.newtimes.az'' portalınıın təşəbbüsünə dəstək verənlər faktiki olaraq Azərbaycan ordusunun hər gün daha qüdrətli olmasına səs vermiş olurlar. Mürəkkəb bir tarixi mərhələdə İlham Əliyev Silahlı Qüvvələrin ən müasir döyüş silahları ilə təmin edilməsinə çox gözəl nail olur. Bir neçə gün əvvəl nümayiş etdirilən yeni silahlar düşmənin gözünə ox kimi batdı. Bunlar öz-özünə yaranmır – dövlət başçısının yüksək peşəkarlıqla həyata keçirdiyi işlərin birbaşa nəticəsidir. Belə rəhbəri, əlbəttə, dəstəkləmək lazımdır!

Xarici siyasətə nəzər salanda 2003-2013-cü illərdə çox böyük uğurları görmək mümkündür. Azərbaycan bu müddətdə regional miqyasda öz geosiyasi mövqeyi olan dövlətə çevrilib. Bu səviyyədə elə bir ciddi beynəlxalq layihə yoxdur ki, ölkəmiz onun iştirakçısı olmasın. Bir neçə böyük layihələrin təşəbbüskarı isə Azərbaycan özüdür. Bu prosesdə həlledici rolu Prezident İlham Əliyev oynayıb. Düşmənlərin müxtəlif təxribatçı əməllərinə baxmayaraq, dövlət başçısı nəzərdə tutduğu bütün regional layihələri Ermənistanı kənarda qoymaqla gerçəkləşdirir. Etiraf etmək lazımdır ki, Cənubi Qafqazda bu səviyyədə uğurlu işlər görə bilən başqa dövlət rəhbəri yoxdur! Bunu dünyanın böyük dövlətlərinin başçıları da zaman-zaman diplomatik formada deyirlər!

Dövlətimizin başçısı həmişə müstəqil xarici siyasət kursu yeridib. Bu aspektdə də Azərbaycan regionda yeganə ölkədir. Bir fakt danılmazdır – böyük dövlətlər Bakının mövqeyini həmişə nəzərə alırlar. Regiona qonşu olan supergüclərin heç biri Azərbaycanla təzyiq dilində danışmır. Məhz qürur doğuran bu cür siyasətin memarı İlham Əliyevdir!

Bütün bunlar bir həftə ərzində yalnız paytaxtda "Prezidentə dəstək-2013" Facebook qrupuna 100 min insanın da qoşulmasının tamamilə məntiqi olduğunu açıq göstərir. Gəlin, insanların səsinə səs verib, hamımız İlham Əliyevə səs verək! Gəlin, Azərbaycanın parlaq gələcəyinə "hə" deyək! Gəlin, "Azərbaycanın dünyaya Günəş kimi doğması" (Heydər Əliyev) üçün ədalətli və layiqli namizədə – İlham Əliyevə səs verək!

Newtimes.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb