Prezidentə müraciət edən NİDA-çının atası danışdı

Prezidentə müraciət edən NİDA-çının atası danışdı
Bütün Xəbərlər
11:15 03.06.2014
990
Xəbər verdiyimiz kimi, 7 il azadlıqdan məhrum olunan NİDA-çı Bəxtiyar Quliyev ictimaiyyətə müraciət ünvanlayaraq NİDA üzvlüyündən imtina etdiyini bildirib. Gənc məhbus eyni zamanda prezident İlham Əliyevə də məktub ünvanlayıb. AZXEBER.COM xəbər verir ki, B.Quliyevin atası Səməndər Quliyev BBCAzərbaycanca-ya açıqlamasında iki gün əvvəl oğlu ilə danışdığını deyib. O, oğlunun vəziyyətinə görə çıxış yolu olmadığını qeyd edib:

"Epilepsiya xəstəsidir, kamera şəraitində vəziyyəti çox pisdi. Hökm verilən zaman da necə gərgin olduğunu gördüm".

Səməndər Quliyev əlavə edir ki, Bəxtiyar Quliyev hadisələrin bu "dərəcəyə gəlib çıxacağını bilməyib:

"Gərək N!DA-ya üzv olanda başa salardılar ki, vəziyyət bu hala gəlib çıxa bilər. Onda bilib gələrdi. Hay-küy düşüb üzv olub, 19 yaşı var, bilməyib əslində onu hara gətirib çıxara bilər. Özü NİDA VH-dan çıxmaq istəyir və mənə dedi ki, idarə heyətilə əlaqə saxlayım və ona deyim ki, N!DA-dan çıxır. Cavan uşaqdı, ağıllanıb yəqin".

N!DA VH hələlik məsələyə şərh bildirməyib.

Bəxtiyar Quliyev, N!DA fəalları Məmməd Əzizov və Şahin Novruzlu ilə eyni zamanda- ötən ilin martında saxlanılıb. Martın 8-də Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğunun yaydığı bəyanatda N!DA hərəkatının hakimiyyət tərəfindən saxlanılmış üzvlərinin evindən Molotov kokteyli, marixuana, həşiş və "təcili demokratitya tələb olunur" yazılmış vərəqələrin tapıldığı deyilir. Bu ilin mayında Bəxtiyar Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR