Prezidentə növbəti zərbə

Prezidentə növbəti zərbə
DÜNYA
16:58 25.07.2012
1948
Suriya prezidenti Bəşər Əsəd növbəti zərbəyə məruz qalıb.
AZXEBER.COM-un “Hürriyet’ qəzetinə istinadən verdiyi məlumata görə, Suriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Əbdüllətif əl-Debbağ və Cənubi Kiprdəki səfiri Lamiyə əl-Həriri müxalifət tərəfə keçiblər.
Lamiyə əl-Həriri və Əbdüllətif əl-Debbağ ər-arvaddır. Səfir ər-arvad Qətərə qaçıb. Lamiyə əl-Həriri həm də Suriyanın vitse-prezidenti Faruk əl-Şaranın qardaşı qızıdır.
Qeyd edək ki, bundan öncə Suriyanın İraqdakı səfiri Bəşər Əsəddən üz çevirib.
OXŞAR XƏBƏRLƏR