Prezidentə söyüşlü sual verildi - VİDEO

SİYASƏT
15:46 17.11.2015
3410
"Ağ ev" müxbiri Jim Acosta, mətbuat konfransında prezidentə İŞİD-lə bağlı sual verib
Türkiyənin Antalya şəhərində keçirilən "G-20" sammitində ABŞ prezidenti B.Obamaya söyüşlü sual verilib. Bizimyol.info xəbər verir ki, "Ağ ev" müxbiri Jim Acosta, mətbuat konfransında prezidentə İŞİD-lə bağlı sual verib.
Jimin sualı belə olub: "Məni yanlış anlamayın. Niyə bu atası bilinməyənləri məğlub edə bilmirik? ("Why we cant, take out these bastards?").
B.Obama suala belə cavab verib: "Bizim strategiyamızın nə olduğunun çox yaxşı açıqlandığını düşünürəm. Dediyim kimi, İŞİD, ənənəvi hərbi rəqibimiz deyil. İŞİD artıq geri çəkilir. İŞİD bu gün Suriya və İraqda daha az torpağa sahibdir. Bu uğurların davam etməsi üçün, mübarizəyə daha çox dövlət qatılmalıdır. İŞİD-i İraq və Suriyada məğlub etmək yetərli deyil. Türkiyə, Livan və İordaniya inanılmaz bir yük qaldırırlar. Bu ölkələri qaçqınlar qarşısında tək buraxa bilmərik. Bütün ölkələrin təhlükəsizliyinə önəm veririk. Qaçqınlara qapılarımızı açmaq məcburiyyətindəyik. Amma təhlükəsizliyi də təmin etmək məcburiyyətindəyik".
OXŞAR XƏBƏRLƏR