Prezidenti İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etdi - FOTOLAR

Prezidenti İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etdi - FOTOLAR
Bütün Xəbərlər
14:20 19.12.2012
1271
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev zavodun inzibati binasında yaradılmış şəraitlə tanış olan dövlət başçısına tullantıların idarə edilməsi sahəsində görülmüş işlər barədə məlumat verib.Sonra Azərbaycan Prezidenti zavodun idarəetmə otağında müəssisənin iş mexanizmi ilə tanış olub. Dövlət başçısına zavodun fəaliyyəti və onun idarə edilməsi haqqında məlumat verilib. Bildirilib ki, məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı biznesinin inkişaf etdirilməsi məqsədilə tikilən zavod ölkəmizdə bu sahədə ilk pilot layihədir. İllik istehsal gücü 200 min ton olan yeni zavodun səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirin azaldılmasına imkan verəcək.Dövlət başçısı müəssisədə yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verib.
OXŞAR XƏBƏRLƏR