“Prezidenti Məkkədə görəndə ağladım” –Millət vəkili

“Prezidenti Məkkədə görəndə ağladım” –Millət vəkili
Bütün Xəbərlər
13:18 08.04.2015
2051
“Prezidentin Məkkədə Ümrə ziyarətində olan kadrlarını görəndə ağladım. Bir saatdan çox gözümdən yaş gəlib”.AZXEBER.COM xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında 26 dəfə Həcc ziyarətində olmuş millət vəkili Hacı Qalib Salahzadə deyib.Onun sözlərinə görə, Prezident və ailəsinin Məkkədə namaz qılması, müqəddəs yerləri ziyarət etməsi ölkə başçısının dinə, müsəlmanlara olan diqqətinin, sevgisinin göstəricisidir.“Ziyarət zamanı mən özüm də Kəbədə olmuşam. Kəbə evinin içərisində olmaq əsrlər boyu yaddan çıxmayacaq qədər əlamətdardır. Cənab prezident ailə üzvləri ilə birlikdə oraya gedib. Kəbə evində olmaq, oranı ziyarət etmək hər insana qismət olmur. Allah cənab prezidenti və ailəsini görün nə qədər çox istəyir ki, orada olublar.Allahın izni olmasa heç kim Kəbə evinə daxil ola bilməz. Bu bizim cənab prezidentimizə də qismət oldu”-deyə millət vəkili vurğulayıb.
OXŞAR XƏBƏRLƏR