Dünən Nigeriyanın Port-Harkort şəhərinin stadionunda yaranan sıxlıq nəticəsində 11 nəfər ölüb, daha 29 nəfər isə xəsarət alıb.Bədbəxt hadisə hazırki ölkə prezidenti Qudlak Conatanın seçki qabağı seçicilərlə görüşü zamanı baş verib.
Prezidentin nitqinin yekununda asayişi qoruyan növbətçi polislərdən biri arenanı tərk etmək istəməyən mitinqçiləri tələsdirmək üçün havaya atəş açıb. Elə məhz bu atəş nəticəsində də kütlə arasında çaxnaşma yaranıb və camaat hamısı birdən stadionun çıxışına tərəf qaçıb ki, sonda sıxlıq yaranıb.
Qeyd edək ki, ilkin sorğulara əsasən, Qudlak Conatan aprel ayına təyin edilən prezident seçkisində favoritdir. //Ans Press