AZXEBER.COM xəbər verir ki, daha sonra Prezident İlham Əliyevin ailə üzvləri də Roma Papası Fransisklə görüşüblər.
Papa Fransisk Prezident İlham Əliyevin ailə üzvlərinə hədiyyələr təqdim edib.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Roma Papası bildirib ki, onun Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.
Prezident İlham Əliyev Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim edib.
Prezident İlham Əliyev deyib: Azərbaycan xalçalar məkanıdır. Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir.
Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə edib. Sini Roma Papası Fransisk tərəfindən yazdırılan həsretmə lövhəsi ilə bəzədilib.
Sonda xatirə şəkli çəkdirilib.








