‘Prezidentin bu müsahibəsi Azərbaycanın mühüm hədəflərlərini bir daha ortaya qoydu’ - Zahid Oruc

‘Prezidentin bu müsahibəsi Azərbaycanın mühüm hədəflərlərini bir daha ortaya qoydu’ - Zahid Oruc
Bütün Xəbərlər
15:00 15.05.2014
965

“Bu cür nəşrlərin Azərbaycana olan marağının artması, ölkəmizdə mühüm mədəni-humanitar işlərin görüldüyü dövrlərdən başlayıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “The Business Year” jurnalına verdiyi müsahibə zamanı Azərbaycanın BMT Təhlükəsizlik Şurasındafəaliyyətini, xarici siyasətin yeni prioritetlərinin müəyyənləşdirilməsini və həyata keçirilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib:

“Bu günə qədər dünyanın müxtəlif mətbuat orqanları, beyin mərkəzləri və analitik təşkilatları hər zaman cənab prezidentin bölgədəki siyasi kursla bağlı fikirlərinə və onun Avrointeqrasiya prosesinə olan baxışına çox diqqətlə yanaşıb. Prezident İlham Əliyevin “The Business Year” jurnalına verdiyi müsahibədə Azərbaycanın dünyanın bir sıra beynəlxalq təşkilatları ilə qurduğu ikitərəfli əməkdaşlıqdan geniş bəhs edib. Bu cür nəşrlərin Azərbaycana olan marağının artması, ölkəmizdə mühüm mədəni-humanitar işlərin görüldüyü dövrlərdən başlayıb. 

Qeyd etdiyiniz müsahibədə, prezident İlham Əliyev ölkəmizin mühüm hədəflərindən və onların mərhələli şəkildə həllindən daha geniş bəhs edib. Bizim qaz satışında dünyanın bir çox ölkələri ilə bağladığımız müqavilələr, Azərbaycanın Ukrayna-Rusiya arasındakı savaş zamanı sərgilədiyi mövqe və daxili sabitliyin ən yüksək səviyyədə qorunması Azərbaycanın gələcək hədəflərinə köklənməsinə bir stimul yaradır”.

Xatırladaq ki, ötən gün prezident İlham Əliyev sözügedən nəşrə verdiyi müsahibəsində Azərbaycanın beynəlxaq əlaqələrindən, iqtisadi inkişafdan və gələcəkdə nəzərdə tutulan layihələrdən danışıb:

“Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir dövlət hesab olunur. 2011-ci ildə sərt rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazandığını göstərmişdir. Göründüyü kimi, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilmişdir”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR